İki uşağı yanan anaya 15 il həbs

Türkiyənin Adana şəhərindəki evlərdən birində yaşanan yanğında 6 yaşlı Tuana və 4 yaşlı Gökdeniz yanaraq həlak olmuşdular.  Uşaqların anası Hilal Arslanın məhkəməsi başlanıb. O, "tədbirsizlik və diqqətsizlik" etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum oluna bilər.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, 30 yaşlı Hilal Arslan isə ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
Olay Seyhan rayonundakı Denizli məhəlləsində ötən ilin dekabrın 11-də yaşanmışdı.
Aslan həmin gün səhər saatlarında işə gedərkən evdəki elektrik sobasını yandırıb.
Evdən çıxanda sobanı söndürməyi unudan Asrlan yatan uşaqlarını oyatmayaraq qapını bağlayıb və gedib. O, evinin açarını qonşusu Nimet Kılıça verib, "Uşaqlar evdədir, hələ yatırlar" deyib.
Sobanın istisi onun yanındakı televizoru alışdırıb, yanğın başlayıb. Hadisə yerinə çağırılmış yanğınsöndürənlər qapını qıraraq evə girəndə Tuana və Gökdeniz huşsuz vəziyyətdə idilər.
Həkimlərin bütün səylərinə rəğmən, onları xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31