Azərbaycan-İran sərhədində narkotik qaçaqmalçılığının qarşısı alınıb
13 Noyabr 2012 14:06 KriminalAzərbaycan-İran sərhədində narkotik qaçaqmalçılığının qarşısı alınıb.Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük şöbəsinin gömrük yoxlama xəttində İrandan Azərbaycana gələn İran vətəndaşı Əlirza Zahirinin idarə etdiyi "Volvo FH12" markalı yük maşınına kinoloji xidmət itini tətbiq etməklə baxış keçirilib.
Bu zaman avtomaşının kabinəsində, müxtəlif gizli saxlanc yerlərində 4 ədəd bükümdə, ümumi xalis çəkisi 113,236 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31