Bakıda ölümlə nəticələnən yol qəzasının detalları məlum oldu

DİN ötən gecə Abşeron rayonu ərazisində qeydə alınan qəza ilə bağlı məlumat yaydı

Dünən gecə saatlarında baş vermiş ağır yol qəzasının detalları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 12-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakinləri Xosrov Yusifovun idarə etdiyi "QAZ-3110" və Sərdar Bəyməmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.

Nəticədə S.Bəyməmmədov və sərnişini Tural Qasımov hadisə yerində ölüb, xəsarət almış X.Yusifov və sərnişini xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31