Gənc mollanı ailəsi 27 yerindən bıçaqladı
13 Noyabr 2012 12:49 KriminalTürkiyənin Van vilayətindəki Özalp rayonunda yaşayan, evli, bir övlad atası olan kənd mollası Nazmi Ak qətlə yetirilib. milli.Az Milliyet-ə istinadən bildirir ki, 23 yaşlı Akı bıçaqlayanlar qaynatası, qaynı və arvadının dayısı olublar. Hadisə İstasyon məhəlləsində baş verib. Məhəllədəki Bilali Həbəş məscidinin imamı Nazmi Ak zöhr namazını qıldırandan sonra məscidin yaxınlığındakı evinə yollanıb. Evə girəndə qaynatası, qaynı və arvadının dayısının qonaq gəldiyini görən Nazmi Ak onları çay masası arxasına dəvət edib. Gələnlər dava salıblar, dartışma başlayıb. Qonaqlar Nazmi Aka 27 bıçaq zərbəsi vurublar.
Xəstəxanaya aparılan Nazmi Akı həkimlər ölümün cəngindən ala bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31