“Qarasu” əməliyyat şirkətində yanğın
13 Noyabr 2012 12:44 KriminalŞirvanda əməliyyat şirkətində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə "Qarasu" əməliyyat şirkətinə məxsus ərazidə baş verib. Şirkət ərazisində diametri 300 mm olan istismara yararsız, kəsilməkdə olan neft kəmərindən ətrafa dağılmış neft qalıqları 15 kv.m sahədə yanıb. Neft kəməri yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31