Siyəzəndə uşaq bağçası yandı
13 Noyabr 2012 12:43 KriminalSiyəzəndə uşaq bağçasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, 2 saylı uşaq bağçasının ərazisində ümumi sahəsi 224 kv.m olan birmərtəbəli 8 otaqdan ibarət yardımçı binanın 1 otağında əşyalar 3 kv.m sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31