Mərkəzi Afrika Respublikası prezidentinin oğlu həbs edilib
13 Noyabr 2012 12:28 KriminalMərkəzi Afrika Respublikası prezidentinin oğlu həbs edilib. Prezidentin oğlunun ödənməmiş borcları səbəbilə həbs edildiyi açıqlanıb. "Azadinform" BBC-yə istinadən xəbər verir ki, rəsmilər prezident oğlu Kevin Bozizenin "Ledger Plaza Otel"ə 15 min dollar borcunun olduğunu, bu borcu ödəyə bilmədiyi üçün də noyabrın 6-dan bəri həbsdə saxlandığını bildiriblər. 5 ulduzlu hoteldə dəfələrlə qalan, ancaq borcunu ödəməyən oğlunun həbsinə prezident özü razılıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31