Moskvanın elit restoranında atəş açmış azərbaycanlı yaxalanıb

Moskvanın elit "Safisa" restoranında təşkil olunmuş toyda tapançadan atəş açmış azərbaycanlı saxlanılıb. Modern.az rus mediasına istinadən xəbər verir ki, şübhəli şəxs qismində yaxalanan şəxs 18 yaşlı Seymur Nəbizadədir. Öz biznesi olan bu gənc sahibkar həm də güləş üzrə Moskva çempionatının qalibi kimi tanınır.
Seymur Nəbizadə toy kortejinin keçidi zamanı havaya atəş açmış şəxslərdən biri kimi yaxalanıb. Hadisə yerindən götürülmüş 5 giliz atəşlərin "Makarov" tipli tapançadan açılması ehtimalını doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31