Bakıda narkotika alverilə məşğul olan dəstə ələ keçdi

Bakı polisi paytaxtda narkotika alveri ilə məşğul olan şəxsləri yaxalayıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Nəsimi Rayon Polis İdarəsi NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov Bakıda yaxalanıb. Saxlanılan şəxsdən 170 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib. Həmin gün Sabunçu polisi də daha bir narkotika alverçisini həbs edib. Rayon Polis İdarəsinin 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dəyanət Həsənovdan 440 qram narkotik vasitə olan mariхuana aşkar edilib. Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakinləri Zöhrab Bağırovdan 4 qrama yaхın, Ruslan Musayevdən isə 1 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib. Təхirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan Bakı şəhər sakini İsrafil Məmmədov yaхalanıb və ondan 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31