Sabiq məhkəmə hakimi həbsxanada ölüb
12 Noyabr 2012 16:48 KriminalSabiq qadın hakim və daha bir məhkum vəfat edib Azərbaycanda daha iki məhkum dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisələrdən biri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 57 yaşlı Məhuzər İsayeva vəfat edib. M. İsayeva Cəlilabad Rayon Məhkəməsinin hakimi olub. O, korrupsiyada təqsirli bilərək bir neçə il əvvəl 7 il müddətinə azadlıqdan məhrum edilib.
Daha bir hadisə isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən İxtiyar Məmmədov xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, son vaxtlar Cəzaçəkmə Müəssisələrində məhkumlar arasında ölüm hallarının sayı artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31