“Bunun mənə aidiyyatı yoxdur” - 1 milyonluq iddia

“Mən bizneslə məşğul olmuram”

Deputat Rafael Cəbrayılov haqqında yayılan məlumatlara cavab verib. "Qafqazinfo"nun məlumatına görə, Milli Məclisin deputatı bildirib ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə bank arasındakı mübahisə mülki məsələdir: "Tikinti biznesi ilə məşğul olan qardaşlarımla bank arasındakı mülki mübahisənin mənə heç bir aidiyayatı yoxdur. Mən bizneslə məşğul olmuram. Biznesin bu sahəsi ilə iki qardaşım Rauf və Elşən Cəbrayılovlar məşğuldurlar. Düşünürəm ki, belə hallardan şou yaratmağa dəyməz".
Qeyd edək ki, yayılan məlumatda bildirildi ki, deputat və qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov, eləcə də digər qohumu Akif Amanəliyevin məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub. Onları məhkəməyə "Bank Nikoil" verib. İddiada kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31