Azyaşlını zorladı və...

Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı təcavüz etməkdə təqsirləndirilən Mingəçevir şəhər sakini Ələsgər Nəcəfovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Ə.Nəcəfov 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ə.Nəcəfov 7 mart 2012-ci il tarixdə saat 23 radələrində, Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 №-li binanın birinci mərtəbəsində yerləşən mağazadan özü üçün bir ədəd çörək, kolbasa və 0.5 litrlik bir ədəd araq alıb geri qayıdarkən həmin binanın həyət hissəsində yetkinlik yaşına çatmayan A. F və onun atası ilə rastlaşıb.
Sərxoş vəziyyətdə olan Ə.Nəcəfov uşaqdan ona əlindəki sellofan torbanı evə aparmaqda köməklik etməsini xahiş edib. Uşaq qapıya kimi kömək etdikdən sonra geri atasının yanına qayıtmaq istəyib. Ə.Nəcəfov uşağı evə dəvət etsə də uşaq imtina edib. Uşağın öz xoşu ilə evə daxil olmayacağını görən Nəcəfov bıçaqla uşağı hədələyərək evə salıb. Sonra evdə ona qarşı seksual hərəkətlər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31