İrandan Azərbaycana bağırsağında heroin keçirənlərə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotika keçirməkdə təqsirləndirilərək həbs edilən Mehman Quliyev və Sultanağa Ağayevin məhkəməsi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən Mehman Quliyev 7 il 6 ay, Sultanağa Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər İranda istintaqa məlum olmayan şəxsdən 100,912 qram heroin alıblar. Sonra dostlar həmin heroini sərhəddən gizli keçirmək məqsədi ilə 3 büküm edib Mehman Quliyevin düz bağırsağına yerləşdiriblər. Lakin sərhəd keçid məntəqəsində özlərini şübhəli aparan dostlara baxış keçirilib və gizlədilən heroin aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31