Bakıda onlarla adama “atan” 10 il cəza aldı
12 Noyabr 2012 16:14 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini İlham Qasımovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən İlham Qasımov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İlham Qasımov 10-dan çox vətəndaşa onları müxtəlif dövlət orqanlarına vəzifəyə düzəldəcəyini vəd verərək, külli miqdarda pullarını alaraq mənimsəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31