DİN aydınlıq gətirib

Dünya çempionu Bəxtiyar Abbasovun Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən işdən azad edilməsi xəbəri təsdiq olunmur.
Bu gün bəzi KİV-lərdə Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin əməkdaşı Bəxtiyar Abbasovun nazir müavini Vilayət Eyvazovun tapşırığı ilə işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Abbasov həmin məktəbdə sıravi işçi kimi çalışır və onun işdən azad olunması məsələsi məktəb rəhbərliyinun səlahiyyətində olan məsələdir.
Zahidov bildirib ki, bu kimi vəzifədə çalışan əməkdaşların işdən azad olunması məsələsi DİN rəhbərliyinin səlahiyyətinə aid məsələ deyil.
Nazirlik sözçüsü qaydasız döyüş üzrə dünya çempionu Abbasovun işdən azad edilmədiyini bildirib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi polis polkovniki Əli İbrahimov ailə vəziyyəti ilə əlaqədar daxili işlər naziri Ramil Usubova raportla müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş edib.
Nazir Usubovun əmri ilə İbrahimov tutduğu vəzifədən azad edilib və sərəncama götürülüb.
Hazırda həmin məktəbə yeni rəis təyin olunmayıb və rəisin səlahiyyətlərini müvəqqəti olaraq rəis müavini icra edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31