Moskvada ekstremist qruplaşma zərərsizləşdirildi

Qruplaşma üzvləri radikal ədəbiyyat yaymaqla məşğul imiş

Moskvada Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində radikal qruplaşma zərərsizləşdirilib. Polis əməkdaşları fəaliyyəti məhkəmə ilə qadağan edilən "İslam dirçəlişi partiyası" adlanan radikal qruplaşmanın 6 üzvünü saxlayıb. Qruplaşma üzvləri Moskva məscidlərinə adam sövq etməklə məşğul olurmuş.
Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin məlumatına görə, fəaliyyəti dayandırılan qruplaşma eyniadlı beynəlxalq dini təşkilatın Moskva qolu olub.
Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, radikal qruplaşma üzvləri həmçinin radikal ideyalar təbliğ edən ekstremist ədəbiyyat yaymaqla da məşğul olublar. Onların zərərsizləşdirildiyi yaşayış evində silah-sursat da aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31