Bakıda daha bir qanunsuz miqrant aşkarlandı

Bakıda Gürcüstan vətəndaşının qanunsuz yaşaması faktı aşkar edilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, ölkə ərazisində qanunsuz yaşayan şəxs Rəşad Hümbətovdur. Nərimanov Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Şöbəsi  əməkdaşları Gürcüstan vətəndaşı Rəşad Hümbətovun qeydiyyatsız yaşadığı üçün barəsində İnzibati Xətalar Maddəsinin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəхslərin Azərbaycan Respublikasında olması, yaхud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31