Bakıda zavod fəhlələr tərəfindən qarət olundu

Bakıda zavodda oğurluq hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər.Hadisə noyabrın 9-da baş verib. II Mədən küçəsində yerləşən "B.Sərdarov" adına zavodun ərazisindəki seхdən mərmər plitələr və dəmir borular oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Fərhad Şıхəliyev, həmin zavodda mühafizəçi işləyən Asif Zəkiyev və qardaşı Vasif tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31