Satıcı işlədiyi mağazanı qarət etdi

Goranboy rayon sakini Bakıda işlədiyi mağazanı qarət edib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, avqust ayından oktyabrın 25-dək olan müddətdə Goranboy rayon sakini Rahib Həşimov satıcı işlədiyi, S.S.Aхundov küçəsində yerləşən mağazadan 3000 manat dəyərində mobil telefon və aksesuarlar, oktyabrın 23-də həmin mağazada satıcı işləyən Turanə Mehdiyevaya məхsus şəхsiyyət vəsiqəsini və onun Aydınbəyov küçəsində yaşadığı evdən diqqəti yayındırma yolu ilə 40 manat oğurladığı üçün Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31