Bakı şəhər sakini qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub
12 Noyabr 2012 14:12 KriminalBakı şəhər sakini qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub. Bu barədə "Azadinform"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbəsi ərazisində, Bakı şəhər sakini Vüsalə Sadıqova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. O, həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31