Suriyada Azərbaycan vətəndaşı öldürüldü? VIDEO

Öldürülən döyüşçülərdən birinin üzərində 37 yaşlı Zaur İslamova məxsus olduğu iddia edilən sənədlər aşkarlanıb

Bir sıra KİV-lərdə Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan muzdlu döyüşçülər arasında olan Azərbaycan vətəndaşının öldürüldüyünə dair məlumatlar yayılıb. Verilən məlumata görə, ordu qüvvələrinin oktyabr ayında təşkil etdiyi əməliyyatlar zamanı Hələb və Homs şəhərində öldürülən döyüşçülərdən birinin üzərində Qusarda anadan olmuş Azərbaycan vətəndaşı 37 yaşlı Zaur İslamova məxsus olduğu iddia edilən sənədlər aşkarlanıb.
Zaur İsmayılovun ailə üzvləri yaxınlarının ölümü faktını təkzib ediblər. Onun anası Xurma İslamovanın sözlərinə görə, Zaur artıq neçə aydır ki Türkiyədədir, onun sağ-salamat olduğunu bildirdi. Ana məlumatın hardan qaynaqlandığı barədə xəbərsiz olduğunu da bildirdi. O, Azərbaycanın hüquq mühafizə orqanlarından bu faktın kütləvi informasiya vasitələrinə necə düşdüyünün araşdırılmasını da xahiş edir.
Qeyd edək ki, iki uşaq atası Zaur İslamovun Türkiyədə sürücü işlədiyi bildirilir. Artıq Qusarın hüquq mühafizə orqanları da faktın araşdırılmasına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31