Jurnalistin ailəsindəki dəhşətli qətlin TƏFƏRRÜATLARI

Qətli törədən ata şezofreniya xəstəsi imiş

Noyabrın 11-də Bakıda baş verən dəhşətli qətl hadisəsinin səbəbləri məlum olub. Ailəsini qətlə yetirib intihar edən Mənsim Mənsimov ağır şizofreniya xəstəsi olub. Bu barədə "OLAYLAR"a mərhumun qonşuları məlumat verib. Məlumata görə, qətl hadisəsini törədən Mənsim Mənsimov uzun müddət bu xəstəlikdən əziyyət çəkirmiş. Məlumata görə, bu ilin avqust ayında Mənsim Mənsimovun xəstəliyi daha da ağırlaşıb və o ruhi xəstəyə çevrilib. Ailə üzvləri isə kişini ruhi əsəb dispanserinə aparmaq istəməyib və evdə onun üçün ayrıca otaq hazırlayıb. Məlumata görə, Mənsim Mənsimov avqust ayından etibarən bir evdə ailə üzvlərindən ayrı yaşayıb və tez-tez keçirdiyi əsəb satrsıntısından evdə yersiz dava-dalaş salrmış: "Ailə 5 nəfərdən ibarət idi. 3 qız, ata və ana. Qızlarının biri bir neçə il əvvəl, ikinci qız isə bu ilin avqust ayında ailə həyatı qurub. Bu ilin avqust ayında ailə həyatı quran qız Türkiyəyə köçüb". Məlumata görə, ikinci qız Türkiyəyə köçəndən sonra atası Mənsim Mənsimovun vəziyyəti bir az da pisləşib. Evdə olan Sevinc Mənsimli isə anası Zemfira Mənsimova ilə yaşayıb. Bakı Dövlət Universitetini bu il bitirən Sevinc Mənsimli isə öz qrup yoldaşına nişanlı imiş. Yaxın vaxtlarda mərhumun nişan mərasimi olacaqmış,
Qonşular deyirlər ki, ailə həddindən artıq tərbiyəli və mehriban olub, bütün qonşularla mehriban gediş-gəlişləri olub. Noyabrın 11-də Mənsim Mənsimov səhər saatlarında ailəsinin yataq otağına keçərək həyat yoldaşı Zemfira Mənsimova və qızı Sevinc Mənsimlini balta ilə doğrayıb. Hər ikisini qətlə yetirəndən sonra öz otağına keçərək orada divara bərkitdiyi dəmir parçasından özünü asıb.
Hadisədən qonşular xəbər tutub və evə daxil olarkən yataq otağında qız və anasının doğranmış, al qan içərisində olan meyidlərini, digər otaqda isə Mənsim Mənsimovun divardan asılmış meyidini aşkarlayıb hüquq -mühafizə orqanlarına məlumat veriblər.
Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçiriib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq  ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xatırladaq ki, qətlə yetirilən Sevinc Mənsimli "Qafqazinfo.az" saytında jurnalist işləyirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31