Dənizdə qalan iki balıqçı xilas edilib
12 Noyabr 2012 12:02 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində Daşgil adlanan sahədə 2 nəfər balıqçı havanın küləkli və dənizin dalğalı olması səbəbindən sahildən, təqribən, 2 km dənizə doğru köhnə, istifadəsiz estakadalar üzərində köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub. Keçirilmiş xilasetmə əməliyyatı nəticəsində hər iki balıqçı xilas olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31