Gizlədilmiş zinət əşyaları aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a daxil olan məlumata görə, baxış zamanı ümumi çəkisi 240 qram olan zinət əşyaları - 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbaq gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31