50 sərxoş vəhşi fil kəndi dağıdıb
Hindistanda heyvanlar 500 litr spirt içib və üç evi dağıdıblar
10 Noyabr 2012 23:44 KriminalHindistanın Dumurkota kəndinin sakinləri 50 sərxoş filin onların evlərinə hücum etməsindən sonra özlərinə gələ bilmirlər.ANS PRESS "The Times of India" nəşrinə istinadən bildirir ki, heyvanlar cəngəllikdə yem gəzirmişlər və spirtin iyisini hiss ediblər. Kəndin yaxınlığındakı dükanı tapan 50 fil 500 litr spirtli içki qəbul etdikdən sonra oranı talan ediblər.Daha sonra onlar əlavə spitrli içki qəbul etmək istəyiblər və yolda düyü tarlalarını, üç evi dağıdıblar.
"Heyvanlar insanların düz yanında yaşadığından onlar içkinin iyini biliblər. Onlar sərxoş insanlara bənzəyirdilər - aqressiv ıə ağılsız idilər, amma bir az iri miqyasda", - deyə polis təmsilçisi Asiş Samanat vurğulayıb.Onun sözlərinə görə, kəndə hücum edənlər 120 fildən ibarət sürünün kiçik bir hissəsidir.Polislər kənd sakinlərindən xahiş ediblər ki, filləri çaydan keçirərək Dalma şəhərinə yola salsınlar. "Ümid edirəm ki, onlar orada "poxmel"dən əziyyət çəkməyəcəklər", - deyə Samanat vurğulayıb.