Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə bağlı məlumat yayıb

Bir əsgər güllələnib, digəri isə intihar edib

Müdafiə Nazirliyi Şəmkir Ordu Korpusunun hərbi hissəsində iki əsgərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb."OLAYLAR"ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı xəbərə görə, hadisə mayın 14-də gecə saatlarında baş verib. Qazaxdakı "N" saylı hərbi hissədə əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan atəş açılıb və nəticədə güllə əsgər yoldaşı Məcnun Qarazadəyə dəyib. Məcnun Qarazadə aldıgüllə yarasından dünyasını dəyişib. Hadisədən sonra həyəcan keçirən əsgər Vüsal Nəbiyev isə intihar edib. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31