Xəzərdə batan iki nəfər xilas edilib

Bakıda iki nəfər balıqçı dənizdə batma təhlükəsilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən "OLAYLAR"a verilən məlumata görə, hadisə Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonunda katamaranda dənizə çıxmış 2 nəfər (xilasetmə məntəqəsindən 1400 m məsafədə, 600 m dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31