Bakı bulvarında intihara cəhd

18 yaşlı qız özünü Xəzərə atdı

Bakıda Dənizkənarı Milli Parkda 18 yaşlı qızın intiharının qarşısı alınıb . Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə paytaxtın Səbail rayonunda, Dənizkənarı Bulvarın ərazisində baş verib. FHN-nin xilasetmə məntəqəsindən 2000 m məsafədə 1 nəfər özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü qadın xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31