Tbilisi aeroportunda Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisi aeroportunda Türkiyədən Gürcüstana qızıl məmulatları keçirtmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.Trend-in Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Tbilisi aeroportunda gömrükçülər Türkiyədən gələn Azərbaycan vətəndaşı Şirzak Qələndərovu nəzarət keçid məntəqəsindən yayınmaqla 4,2 kiloqram qızılı keçirtmək istəyərkən saxlayıblar.
Qələndərovdan götürülən qızılın dəyəri 180 min dollar dəyərində qiymətləndirilir.
Fakt üzrə istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31