Lənkəranda özünü körpüdən atan qadın sağ qaldı

Lənkəranda özünü körpüdən ataraq intihara cəhd edən qadın sağ qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLARın məlumatına görə, Lənkəran rayonu, Sütəmurdov kəndində (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralı) 1 nəfər özünü körpüdən çaya atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadın özünü, təxminən, 10-12 m hündürlükdən atmış, lakin o, çaya deyil, körpünün sütununu təşkil edən beton konstruksiyanın üzərinə düşmüş və sağ qalıb. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31