Şirvanda partlayış necə baş verdi? - Foto
26 İyul 2016 18:41 KriminalBu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun hazır məhsullar anbarında partlayış baş verib.
Trend-in əldə etdiyi məlumata görə, partlayış hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən baş verib.
Hadisə nəticəsində yaralıların hamısı hərbçilərdir.
Onların hamısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31