Bakıda “VAZ 2107”dən meyid tapıldı

Bakıda Naxçıvan sakininin meyidi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 14-də baş verib.  Xətai rayonu ərazisində, Babək rayon sakini Səhman Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Onun meyidi idarə etdiyi "VAZ-2107" markalı avtomaşında tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31