Avtomobildə gizlədilmiş tiryək aşkar edilib
8 Noyabr 2012 16:33 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Nasir Nemətinin idarə etdiyi "Samand" markalı minik avtomobilinə gömrük idarəsinə məxsus xidməti itin tətbiqilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin sağ hissəsinə reaksiya vermiş və buna əsasən həmin hissədə yerləşən sandıqca və panelin sağ tərəfi sökülərək oraya ayrıca baxış keçirilib. Nəticədə, avtomobilin salonundakı ön panelin içərisindən - zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 3 ədəd bükümdə, ümumi xalis çəkisi 302,551 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.