Mətanət İsgəndərli həbs ediləcək-ŞOK!

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin müraciətindən sonra prezident İlham Əliyevin göstərişi ilə yaradılan Müstəqil İstintaq Komissiyasının fəaliyyəti nəticəsində onun qardaşı Mahir Abdullayevin işi ilə əlaqədar bir necə şəxs həbs edilib. "Olaylar"a daxil olan məlumata görə, sözügedən cinayət işində əlaqəsinin olduğu bildirilən müğənni Mətanət İsgəndərlinin də həbsi reallaşacaq. Artıq bu istiqamətdə sübut və dəlillərin toplanmasına start verilib. Xatırladaq ki, Elşad Abdullayev mətbuata açıqlamasında qardaşı Mahir Abdullayevin məhz müğənni Mətanət İsgəndərlinin evindən oğurlanması barədə bilgi vermişdi. O, hətta bununla əlaqədar müğənninin evində araşdırma aparıldığını da bildirmişdi. E.Abdullayevin əldə etdiyi dəlilləri MİK-ə təqdim etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31