Balakəndə narkotik kollar aşkar edilib
8 Noyabr 2012 13:41 KriminalBalakən rayon polis şöbəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin "Narkostop-2012" tədbirlər planına uyğun olaraq narkotik vasitə sayılan yabanı halda bitmiş çətənə kollarını aşkarlayaraq məhv ediblər.Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, kollar Balakən rayonu Talalar kəndinin Bayrambinə yaşayış məntəqəsi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.
Əməliyyat tədbirləri çərçivəsində ümumi çəkisi 200 kq-dan çox çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31