Bakıda vətəndaşların avtomobillərinə qənim kəsilənlər tutuldu

Onlar paytaxt sakinlərinin maşınlarını qaçırır, avtomobilləri talan etməkdə günahlandırılır

Bakıda vətəndaşların avtomobillərinin qəniminə çevrilən şəxsləri polis tutub. ANS PRESS-in Daxili İşlər Naziriyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsini qaçırdığına görə Rasim Əhmədov ətrafında Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində tutulub. Araşdırmalar zamanı məlum olub ki, Rasim Əhmədov oktyabrın 4-də Rauf Nəbiyevə məxsus "VAZ-2106" markalı avtomaşını da qaçırıb. Onun digər maşın oğurluqlarında da əlinin olması istisna edilmir.
Bundan başqa, Azər Tağıyev və Ərzuman Məmmədov da paytaxtda avtomobilləri oğurladıqlarına görə tutulublar. Onların Nicat Hüseynova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etməsi, Elvin Abbasəliyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırması məlum olub. Habelə onların birgə Məhərrəm Əhmədova məxsus "VAZ-2104" markalı və Hikmət Ağayevə məxsus "VAZ-2104" markalı avtomaşınları qaçırmaları müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31