Şirkətdən oğurluq edən şəxslər həbs ediliblər

Paytaxt polisi şirkətdən oğurluq edən şəxsləri həbs edib.
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, noyabrın 6-da Y.V.Çəmənzəminli küçəsində "İlahə-96" istehsalat-kommersiya mərkəzindən hasardan keçməklə 2 ədəd akkumulyator və ət məhsulları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Məhəmməd Aşurzadə, Rüstəm Şirməhəmmədov və Elnur İsayev noyabrın 7-də tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31