Mağazada baş verən yanğın tövləni bürüdü
8 Noyabr 2012 12:08 KriminalZərdab rayonu, Xanməmmədli kəndində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsinbdə ümumi sahəsi 80 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisindəki mallar, mağazaya bitişik tikilmiş ümumi sahəsi 320 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və tövlənin çardağına yığılmış 6 ton ot bağlamasının 1.5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri və yaxınlıqda olan transformator yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31