İki uşağını qətlə yetirən ata ömürlük cəza almalıdır

Baş Prokurorluq Lənkəran Məhkəməsinin qərarından protest verdi

Şirvan Apellyasiya Məhkəməsində Baş Prokurorluğun Lerikdə iki azyaşlı uşağını qətlə yetirməkdə təqsirli bilinən şəxs barəsində çıxarılan qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.  Məhkəmənin baxış iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Süleymanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan dövlət ittihamçısı Azər Abbasov hökmdən apellyasiya protesti verərək, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31