İki nəfər özünü asıb

Ötən gün Azərbaycanda iki kişi özünü asıb.Şabran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun İsmayılov küçəsi, ev 32 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Kərimov Həsən Qulamhüseyn oğlu yaşadığı həyətdəki tut ağacından özünü asıb.
Digər bir intihar hadisəsi isə Xırdalan şəhərində qeydə alınıb. Xırdalan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Quşçuluq savxozu, R.Behbudov küçəsi, ev 101 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Abdullayev Tərlan Azər oğlu yaşadığı evin çardağından özünü asıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31