Azərbaycanda şagirdini zorlayan məktəb müəllimi danışdı TƏFƏRRÜAT
7 Noyabr 2012 18:13 KriminalBu gün Sumqayıt Apelyasiya Məhkəməsində azyaşlını zorlamaqda təqsirli bilinən Quba rayon sakini, 40 yaşlı Z. S.-in apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Publika.Az xəbər verir ki, ittihama görə, Quba rayonunun Aşağı Quşçu kənd sakini Z. S. azyaşlı qızlarla cinsi əlaqədə olub. Kəndin orta məktəbində ibtidai sinif müəllimi olan Z. S. dərs zamanı azyaşlı qızlara görüş təklif edib.
Elə qonşulquda olan Sevda (ad şərtidir-red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Evdə tək olan ibtidai sinif müəllimi azyaşlı qızı evlərinə çağırıb. Heç nədən xəbəri olmayan azyaşlı qız müəllimin evinə gedir. Z.S. evə daxil olan qızı qucaqlayır və öpməyə başlayır. O, daha sonra qızı soyunduraraq onunla cinsi əlaqədə olur.
Sevda Z. S. tərəfindən zorlanması barədə valideynlərinə danışır. Valideynləri də əxlaqsız müəllimin hərəkətləri barədə Quba rayon Polis Şöbəsinə şikayət edirlər. Şikayət əsasında Z. S. məsuliyyətə cəlb edilir və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. S. 8 il müddətinə azadlıqdan məhrum edilib. Z. S. barəsində çıxarılan hökmün ədalətsiz olduğunu bildirib. Şagirdini zorlamadığını deyən Z. S. apelyasiya şikayətində qeyd edib ki, şərlənərək məsuliyyətə cəlb edilib. Şagirdini zorlamaqda günahkar bilinən müəllim azyaşlı qızın valideynlərinin ona şər atdığını bildirib. Z. S. apelyasiya şikayətində barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Z. S. apelyasiya şikayəti üzrə proses keçirilib. Prosesdə Z. S. özünü təqsirli bilməyib. Şagirdini zorlamadığını deyən müəllim günahsız olduğunu məhkəmədə sübut etməyə çalışıb.
Hazırda onun apelyasiya şikayəti üzrə məhkəmə davam edir.