Şirvanda narkomafiya yaxalandı, 6 kilo narkotika götürüldü

Şirvan şəhərində daha bir narkomafiya zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, narkomafiya noyabrın 6-da yaxalanıb. Şirvan ŞPŞ və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Valeh Novruzovdan 1,87 qram marixuana götürülüb. V.Novruzovun narkotik vasitəni Sabirabad rayon sakini Hicran Səmədovdan alması müəyyənləşib. H.Səmədov tutulub və onun evinə baxış zamanı 4 kiloqram 630 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31