Bakıda aptekə oğurluğa gələn şəxs yaxalandı
7 Noyabr 2012 17:06 KriminalBakıda gecə saatlarında aptekə oğurluğa gələn şəxs iş başında yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 7-də saat 00.34 radələrində Binəqədi rayon 8-ci mikrorayondakı Bəhlulzadə küçəsində yerləşən obyektdə baş verib. Vətəndaş Şamo Nuriyevə məxsus "Riyad Farm" MMC-nin aptekindən Binəqədi rayon Mühafizə İdarəsinə daxil olmuş "Həyəcan" siqnalı yoxlanılarkən aptekin arxa tərəfinin dam örtüyünə müdaxilə olunduğu aşkar edilib. Binəqədi RMİ-nin əməkdaşları mülkiyyət sahibi ilə birgə aptekə baxış keçirərkən stolun altında gizlənmiş Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənovu yaxalayaraq müvafiq araşdırmalar aparılması üçün Binəqədi RPİ-yə təhvil veriblər.