Maşınlar bir-birinə girdi, 7 adam yaralandı

Qobustanda minik maşınları toqquşdu, 7 nəfər yaralandı.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:00-da başa çatıb.v

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31