Moskvada qanlı gülləbaran: 5 ölü, 2 yaralı
7 Noyabr 2012 14:58 KriminalRusiya paytaxtı Moskvanın şimal-qərbindəki aptek anbarında 5 nəfər qətlə yetirilib.
Qatil "Sayqa" və "Benelli" tüfənglərinin hərəsini bir əlində tutaraq atəş açıb.Milli.Az Life News-a istinadən bildirir ki, qatil tutulub.
"Riqla" anbarında gülləbaran törətmiş 29 yaşlı Dmitri Vinoqradov kütləvi qətlə yollanmazdan əvvəl terrorçu Andreas Breyvik təki manifest yazıb.
O, "Vkontakte" sosial şəbəkəsində yerləşdirdiyi manifestində yazıb: "İnsan cəmiyyətinə nifrət edirəm və bu cəmiyyətin bir hissəsi olmaq məni iyrəndirir! İnsan həyatının mənasızlığına nifrət edirəm. Bu həyata bəraət qazandıran bir məqam var: insan adlı murdarlığın, xərçəng şişinin mümkün qədər çox hissəsini məhv etmək! İnsanların təkamülü dalana gedir. İnsanlar anlamalıdırlar ki, onlar genetik zibil, təkamül prosesində məhv ediləsi töküntülərdir".
29 yaşlı hüquqşünas anbarda Yelena Lapşina, Natalya Plexanova, Aleksandr Biryuk, Andrey Tretyakov və Denis Moiseyevi gülləyərək qətlə yetirib.
24 yaşlı Yaroslav Sergenyuk və 29 yaşlı Nikita Strelnikov ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıblar.