Azərbaycanda qumbara alverçisi yaxalanıb

Daxili İşlər Nazirliyi silah-sursat alveri ilə məşğul olan şəxsin yaxalanması barədə məlumat yayıb.Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Şirinov 8 ədəd qumbaranı və 8 ədəd alışdırıcını satarkən tutulub.Fakt üzrə araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31