Bakıda Gürcüstan vətəndaşı məsuliyyətə cəlb olundu

O, şəhərdə qeydiyyatsız yaşadığı üçün saxlanılıb

Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi və 2-ci polis bölməsinin əməkdaşları Gürcüstan vətəndaşı Pitskahalava Mamuka Vanoviç qeydiyyatsız yaşadığı üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edib.
Onu Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31