Şəmkirdə dəhşətli yol qəzası,1 nəfər yanaraq ölüb

Qəza zamanı toqquşan iki maşın alovlanıb

Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib. FHN-nin mətbuat xidmətindən "OLAYLAR"a daxil olan məlumata görə, "VAZ-2107" markalı 2 minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobil yanmağa başlayıb.
Nəticədə hər iki avtomobilin sürücüsü və 3 nəfər sərnişin yanaraq xəsarət alıblar. Bir nəfər sərnişin 1960-cı il təvəllüdlü Mətanət Allahqulu qızı Ataşova hadisə yerində yanaraq ölüb.
Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31