Oğlunun itkisinə dözməyən ana intihar etdi
7 Noyabr 2012 10:37 KriminalÖtən gün Yevlax şəhərində 53 yaşlı qadın özünü asıb. Yevlax rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Yevlax şəhər İmani küçəsi 126 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Şəfiqə Xudaverdi qızı Abdullayeva özünü asıb.Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, qadın ailəsi ilə birlikdə yaşayıb. Ötən gün səhər saat 06:00 radələrində ailə üzvləri onun meyidini evdə asılmış halda tapıblar. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.Qeyd edək ki, Ş.Xudaverdiyevanın oğlu 3 gün bundan əvvəl avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Qadın da oğlunun fikrini çəkirmiş. İlkin ehtimala görə, onun intihar etməsinə səbəb də elə bu olub.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31