Sevdiyi qızı qətlə yetirən manyaka 15 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda istədiyi qızı qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan Şəki şəhər sakini Pərviz Paşapurun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il mayın 28-də Yasamal rayonunda, 24 yaşlı Pərviz 18 yaşlı sevgilisi Günel Nəsirovanı bıçaqlayaraq qətlə yetirib. Araşdırmalar nəticəsində məlum olub ki, Günel Nəsirovanı sevən 24 yaşlı Pərviz Paşapur qızdan "yox" cavabı alsa da, qapısına elçi göndərib. Elçilər də "yox" cavabı alandan sonra P.Paşapur qızı qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31